Çərşənbə , Oktyabr 21 2026
azfa

Regionda koronavirusu yayan molla rejimi koronavirusla mübarizə toplantısına dəvət olunmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, regionda koronavirusu yayan Dünya Bankı  MENA (Orta Şərq və Şimali Afrika) ölkələrinin nazirlərinin qatıldığı koronavirusla mübarizə toplantısına dəvət etməyib.

Bu barədə İranın Beynəlxalq Valyuta Fondundakı nümayəndəsi məlumat verib. O, ölkəsinin Dünya Bankının Beynəlxalq Valyuta Fondu ilə birlikdə MENA (Orta Şərq və Şimali Afrika) ölkələrinin keçirdiyi məcazi toplantıya dəvət edilmədiyini bildirib.

İranın üç gün öncə keçirilən toplantıya dəvət olunmadığını deyən nümayəndə Hüseyin Mirşücaiyan Tvitterdə yazıb: “Biz Dünya Bankına və MENA heyətinə təşəkkür edirik, amma təəssüf ki, İran bu toplantıya dəvət olunmayıb”.

Toplantıda üzv ölkələrin iqtisadiyyat nazirlərinin də qatıldığı COVID-19 və onunla mübarizə məsələləri müzakirə edilib.

Bu toplantıda insanların və ölkələrin COVID-19-un vurduğu iqtisadi zərərlərdən qorunması yolları müzakirə edilib. Adıçəkilən iki beynəlxalq təşkilat bu ölkələrdən bundan sonra da dəstəkləyəcəyinə söz verib.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın