GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı milli-mədəni fəal İsrafil Fətullahzadə dünən Əhər şəhərində rejimin zindanından məzuniyyətə göndərilib.
Azərbaycanlı fəal bayramla bağlı 100 milyon tümənlik vəsiqə girov qoymaqla fərvərdin ayının 13-ü təbiət gününə qədər məzuniyyətə buraxılıb.
Qeyd edək ki, İsrafil Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün İranın məhkəmə hökmlərini icra edən məmurları tərəfindən Əhər şəhərində yaxalanmışdı.
Azərbaycanlı fəal İsrafil Fətullahzadə 2015-ci ilin noyabr ayında İran televizyasının “Fitilə” proqramında türklərintəhqir edilməsinə qarşı keçirilən etirazlarda yaxalanmışdı.
Azərbaycanlı fəal bundan öncə 2014-cu il fevral 20-də “Beynəlxalq Ana Dili” günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir.