Şənbə , Sentyabr 26 2026
azfa

Rejimin həbs etdiyi Hamid Allahverdipur şərti azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Sulduz sakini olan azərbaycanlı milli-mədəni fəal Təbriz həbsxanasından şərti olararaq azadlığa buraxılıb.

May ayının 5-dən yeddi aylıq həbs müddətini çəkmək üçün həbsə salınmış fəal məzuniyyətə buraxılıb. Bunun ardınca isə azərbaycanlı fəal Təbriz həbsxanasından şərti olaraq azad edilib.

Azərbaycanlı fəal avqust 19-da, bazar ertəsi həbs müddətinin 3 ay 15 gününü çəkdikdən sonra qısa müddətli məzuniyyətə buraxılıb və həbsxana rəhbərliyi onunla əlaqə saxlayaraq şərti cəza müraciətinə müsbət cavab verildiyi bildirilib.

Qeyd edək ki, 2017-ci ilin oktyabr ayında rejimin Əhər şəhərində yerləşən İnqilab Məhkəməsi “Fetile” televiziya proqramına qarşı silsilə küçə etirazlarına görə həbs edilən ümumilikdə 25 azərbaycanlı fəal barəsində 4 səhifəlik ittiham aktı hazırlamışdı. Həmin qərarda 7 azərbaycanlı fəal 2015-ci ildə İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat yolu ilə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq ittihamı irəli sürülmüşdü. Həmin fəallardan biri isə  ümumilikdə 58 ay həbs cəzasına məhkum edərək, həmin ittihamla bağlı digər şəxslərə bəraət verib.

Şərqi Azərbaycan vilayəti Apelyasiya Məhkəməsinin üçüncü şöbəsi tərəfindən irəli sürülən ittiham aktında həmin şəxslərə qarşı “ölkədə asayişi və təhlükəsizliyi pozmaq məqsədilə iğtişaşçı qruplaşmalara üzv olmaq”, “ölkənin daxili təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq” və “ölkədə asayişi və təhlükəsizliyi pozmaq məqsədilə iğtişaşçı qruplaşmaları yaratmaq və idarə etmək”i ttihamları irəli sürülüb. Həmin fəallardan biri isə Hamid Allahverdipurdur.

Azərbaycanlı fəalın həbs qərarı 2017-cu ilin sentyabr ayında rejimin Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın