Çərşənbə axşamı , May 7 2024
azfa

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif Kari Ərdəbil zindanının reabilitasiya bölməsindən öncə saxlanıldığı 1-ci bölməyə qaytarılıb.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbil zindanındakı məmurları həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kariyə qarşı zindanda zorakılıq göstərmişdilər.

Azərbaycanlı siyasi məhbus aprelin 13-də ailəsi ilə qısa telefon əlaqəsində bu barədə məlumat vermişdi. Fəal karantinin reabilitasiya bölməsinə köçürüldüyünü bildirmişdi.

Azərbaycanlı siyasi məhbusun dediyinə görə, həmin gün zindan nəzarətçiləri gözlənilmədən 1-ci bölmədə yoxlama aparıb və təhqiramiz davranış və ifadələri ilə məhbusları təhqir ediblər. Onlar azərbaycanlı siyasi məhbus Yusif Karidən ağzını açmasını istəyiblər.

Fəal bunun səbəbini soruşduqda isə onu təhqir edib və fiziki zorakılıq göstərmşdilər. Bundan sonra zindanın reabilitasiya bölməsinin məsulu Noruzi azərbaycanlı siyasi məhbusu döyərək onun karantin bölməsinə köçürülməsinə göstəriş vermişdilər.

Yusif Kari Noruzinin onu barəsində yeni cinayət işinin açılmaqla bağlı onu təhdid etdiyini bildirmişdi.

Noruzi azərbaycanlı fəalı hədələyərək demişdi: “Rəhbəri və sistemi təhqir etmək ittihamı ilə məhkumluq dövrün uzadılacaq”, “həbsxananı sənin üçün cəhənnəmə çevirəcəyəm”.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …