GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanı parçalma planı işə düşür. Artıq rejimə bağlı olan Xoyun manqurd və xain deputatı Kəbirinin əli ilə rejim Qərbi Azərbaycanı parçalma planını rejimin məclisinə qaytarıb.
Layihə dünən sentyabr ayının 4-də 35 imza ilə məclisə təqdim edilib.
Qeyd edək ki, rejim bu layihəsi Azərbaycan türk millətinin və Güney Azərbaycan millət vəkillərinin ciddi etiraz ilə qarşılaşıb. Lakin həmin layihə fars, kürd və erməni deputatların imzası ilə məclisə göndərilib.