GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Güney Azərbaycanın Sarab şəhərində yaxaladığı azərbaycanlı fəallar vəsiqə qarşılığında zaminə buraxıldılar.
Məlumata görə, Sarab şəhərində yalanan azərbaycanlı fəallar Səhənd Məali, Vəhid Nurəhmədi, Heydər Məzini və Məhəmməd Rəncbər vəsiqə girov qoymaqla zaminə buraxılıblar.
Fəallar şərlənərək, “milli təhlükəsizliyə qarşı çıxmaq və sistem əleyhinə təbliğdə ittiam ediliblər. Səhənd Məaliyə 300 milyon riallıq vəsiqə təyin edilib. Vəhid Nurəhmədi, və Məhəmməd Rəncbər ilk dəfə yaxalndıqları üçün yazılı iltizamla sərbəst buraxılıblar. Heydər Məzini isə şərlənərək 350 milyon tümənlik vəsiqə zaminə buraxılıb.
Qeyd edək ki, rejimin məmurları 2018-ci il dekabr ayının 31-də saat 14:00-da azərbaycanlı fəal Səhənd Məalini öz iş yerində, azərbaycanlı fəal Vəhid Nurəhmədini saat 14:00-da öz evində, yenə saat 14-də azərbaycanlı fəal Heydər Məzinini öz iş yerində və saat 14:00-da Məhəmməd Rəncbəri öz evində yaxalamışdır.
Azərbaycanlı fəallardan Səhənd Məali Babək Qalası Qurultayı ərəfəsində rejimin məmurları tərəfindən yaxalanıb və daha sonra heç bir günahı olmadan 10 ay həbsə məhkum edilmişdir.