Çərşənbə , Oktyabr 4 2023
azfa

Rejimin təhlükəsizlik orqanları Əzimi Qədimin telqram kanalını ələ keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olam məlumata görə, tanınmış azərbaycanlı milli fəal Əzimi Qədim ona məxsus olan teleqram kanalının ETTELAAT tərəfindən ələ keçirildiyini açıqlayıb.

Əzimi Qədim deyib ki, “Əqlaniyyət, təhlil və əməl” teleqram kanalı ona məxsusdur və o yaxalanandan sonra təhlükəsizlik orqanları tərəfindən ələ keçirilib və müəyyən paylaşımlar edilir. Əzimi Qədim bildirib ki, dəfələrlə təhlükəsizlik orqanlarına məktub yazaraq onların əmanətə xiyanət etdiyini və ona məxsus teleqram kanalında başqa material paylaşdığına etiraz edib. O qeyd edib ki, həmin teleqram kanalının rejimin təhlükəsizlik orqanlarının əlində olduğunu açıq şəkildə bəyan edirəm.

Qeyd edək ki, Əzimi Qədim 1395-ci il dey ayının 18 Tehranda yaxalanmış, aylarla həbsdə qalandan sonra 400 milyon tümənlik mülki vəsiqə qarşılığında 1396-cı il xordad ayının 2-də sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Azərbaycanlı tələbə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə yürüş etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Güney Azərbaycandan …

Bir cavab yazın