Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İrqçi fars rejimi işğalçı Ermənistanla münasibətləri möhkəmləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin Ermənistandakı səfiri Seyid Kazım Səcdadi işğalçı Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla görüşüb.

Bu barədə məlumatı Qriqoryan öz Feysbuk səhifəsində yayıb. O, görüş zamanı İranla iqtisadi münasibətləri yüksək səviyyədə bərpa edəcəklərinə və bunun Ermənistanın təhlükəsizliyi məsələsində də rol oynayacağına inandığını bildirib.

İran adlanan ölkənin səfiri isə görüş zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın zamanlarda İrana səfərinin planlaşdırıldığını və bunun iki ölkə arasında müxtəlif sferalarda əlaqələrin güclənməsinə zəmin yaradacağını deyib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın