GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçularının güllələdiyi daha iki azərbaycanlı şəhidin kimliyi məlum olub.
Onlardan biri Sulduz sakini və Tehran Universitetinin xanım öyrəncisi Sepidə Həsənidir. O Tehranda rejimin terrorçu qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib. Həmin azərbaycanlı şəhid Sulduz şəhərində dəfn edilib.
İrqçi fars rejimin terrorçu qüvvələrinin açdığı atış nəticəsində öldürülən digər azərbaycanlı gəncin adı Cavid Mirzaidir. O əslən Miyana şəhərindəndir və Rəbat Kərimdə (Savə yolunda) rejimin terrorçu qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilib.