Cümə axşamı , Oktyabr 22 2026
azfa

İrqçi fars rejimin himayəsindəki terrorçular İraqda daha 45 nəfəri öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimə bağlı Həşdişəbi və digər terrorçu qruplaşmalar İraqda son sutka ərzində 45 nəfəri öldürüb.

“Əl Ərəbiyyə” televiziyası bildirib ki, Nəcəf şəhərində ölənlərin sayı 12 nəfər təşkil edib. Nəsiriyyə şəhərində ölənlərin sayı isə 25 nəfərə çatıb.

Qeyd edək ki, İraqda kütləvi iğtişaşların yeni dalğası dünən Nəcəf şəhərində İran Konsulluğunun yandırılmasından sonra start götürüb.

Ölkə ərazisində ümumilikdə etirazlar oktyabrın əvvəlində başlayıb. Mətbuatın iddiasına görə, etirazlar nəticəsində indiyə qədər 300 nəfər ölüb, 15 min nəfər yaralanıb.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın