Cümə axşamı , Aprel 25 2024
azfa

Rejimin vədləri yalan çıxdı: Urmiya gölünün qurtarılması üçün 11 proyektin icrası dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya gölünü qurutmasına Azərbaycan türk millətinin etirazlarından sonra gölün bərpasına söz verdi. Lakin zaman göstərdi ki, rejim vədlərində də sadiq deyilmiş.

Artıq Urmiya gölünün qurtarılması üçün nəzərdə tutulan 13 layihədən 11 layihənin icrası rejimin maliyyə ayırmaması üzündən dayandırılmışdır. Bu barədə Urmiya Gölünün Qurtarılma Qərargahının rəsis Məsud Təcrişi özü açıqlama verib.

Urmiya Gölünü Bərpası Mərkəzinin Qərbi Azərbaycan vilayəti üzrə rəisi Fərhad Sərxoş da gölün son vəziyyəti haqda danışaraq cari ildə bərpa layihələrinə bir rial belə ayrılmadığını açıqlayıb.

F.Sərxoş Bərpa Mərkəzində vəsait çatışmazlığını kəskin tənqid edərək qeyd edib ki, nə qədər çalışsaq da, bu il Bərpa Mərkəzinin layihələrinə bir rial belə vəsait ayrılmadı.

Fərhad Sərxoş deyib: “Bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə Urmiya gölündə suyun səviyyəsi tarazlığı 3 santimetr aşağı düşüb. Suyun həcmi 60 milyon kubmetr azalıb, gölün ümumi sahəsi isə 30 kvadrat kilometr kiçilib”.

 

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın