Cümə axşamı , Oktyabr 29 2026
azfa

“British Airways” də irqçi fars rejiminə uçuşları dayandırır

Evening taxi to Runway 6L, Toronto-Pearson

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimə qarşı sanksiyaların tətbiqindən sonra rejimlə əməkdaşlığı dayandıranların sayı durmadan artır. Artıq Böyük Britaniyanın “British Airways” aviasiya şirkəti sentyabrın 16-da bəyanat yayaraq həftə sonundan İran adlanan ölkəyə uçuşları dayandıracağını bildirib.

“British Airways” aviasiya şirkətinin bəyanatında bildirilir ki, şirkətə məxsus sərnişin təyyarəsinin Londondan Tehrana birbaşa uçuşu həftə sonu sentyabr ayının 22-də olacaq və təyyarənin İran adlanan ölkənin paytaxtından Londona axırıncı uçuşu isə sentyabrın 23-də baş tutacaq.

“British Airways” aviasiya şirkəti Tehrana uçuşların sərfəli olmadığını iddia etsə də, təxmin edilir ki, irqçi fars rejiminə qaarşı reyslərin dayandırılması, İran milli valyutasının dollar qarşısında dəyərinin kəskin düşməsi, London-Tehran arasında uçan sərnişinlərin sayının azalması və Amerikanın Tehrana qarşı tətbiqinə başladığı sanksiyalarla əlaqədardır.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın