GADTB: Dünən Respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində deyib ki, “İranın nüvə proqramını məhv etmək dünyanın mənafeyinə uyğundur”.
O, müsahibənin əvvəlində İranın nüvə proqramı ilə bağlı özünün və bir neçə şəxsin təklif etdiyi ikitərəfli qətnamə və bütün variantların masada olması ilə bağlı suala cavab olaraq bildirib ki, bu qətnamə İran hökumətinin nüvə proqramına qarşı hazırlanıb.
“İsrailin Baş naziri Benyamin Netanyahu və ölkədəki digər rəsmilər İran hökumətinin nüvə proqramı ilə necə mübarizə aparacaqlarına tezliklə qərar verməlidirlər. İsrail İranın nüvə proqramını məhv etmək qərarına gələrsə, ABŞ Təl-Əvivi dəstəkləməlidir. Tehranın nüvə proqramı bəşəriyyət üçün təhlükədir”, – deyə, amerikalı senator vurğulayıb. / Azad İran