Cümə axşamı , Oktyabr 15 2026
azfa

Türkiyə F-16-ları Suriyaya yerləşdirə bilər

GADTB: Türkiyə Suriyada iki hərbi baza tikə, orada F-16 qırıcıları yerləşdirə bilər.

Bu barədə “Türkiyə” qəzeti ərəb mənbələrinə istinadla məlumat yayıb.

“Ərəb mənbələri iddia edir ki, Türkiyə və Suriya ortaq müdafiə sazişi imzalayacaq. Yaxın vaxtlarda imzalanması gözlənilən sazişə əsasən, Dəməşq qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya yardım edəcək. Razılaşmada həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusuna və onun pilotlarına təlim keçməsi, Türkiyənin Suriyada iki hərbi baza qurması da nəzərdə tutulur. Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün bu bazalarda 50 ədəd F-16 döyüş təyyarəsi yerləşdirəcək”, – məlumatda qeyd olunub.

Nəşr bildirib ki, Suriyanın yeni administrasiyası İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən PUA, radarlar və radioelektron mübarizə vasitələri istəyib.

Qəzetin Suriya Müdafiə Nazirliyindəki mənbəyə istinadla verdiyi məlumata görə, PUA-ların ilkin tədarükü yaxın günlərdə baş tutacaq.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …