
GADTB: ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində Vaşinqtonun Tehrana nüvə razılaşması barədə təklifinə toxunaraq deyib ki, “İrana dinc və firavan ölkə olmaq üçün bu fürsət verilib”.
“İran heç vaxt nüvə silahı əldə etməməlidir və Donald Tramp bunun baş verməyəcəyini açıq şəkildə bildirib. 60% zənginləşdirilmiş uran əslində nüvə silahı səviyyəsinə çatmağın 90% -dir”, – deyə, Rubio vurğulayıb.
Onun sözlərinə görə, “İran yalnız nüvə silahı həddinə çatmayıb, həm də bu silahları daşıya biləcəyi uzaqmənzilli raketlərə malikdir”. / Azad İran