Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Rus ordusu Moldovadan ikinci müharibə cəbhəsini açdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ukrayna ilə sərhəddə təxribatlar törətmək üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən qoşun hissələrini cəlb etməyə başlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, bəzi ərazilərdə rus qüvvələrinin geri çəkilməsi qeydə alınıb. Bunun Slobojanski, Donetsk və Luqansk bölgələrində növbəti hücum əməliyyatları üçün qoşunların qruplaşdırılmasını gücləndirmək məqsədi daşıdığı deyilib.

Həmçinin qeyd edilib ki, rus ordusu “könüllülər” adlandırılan qüvvələrin də əməliyyatlara cəlb olunması işini gücləndirib.

Baş Qərargahdan verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyi aprelin 4-dən mayın 23-dək ehtiyatda olan hərbçilərlə hərbi görüşlər keçirməyə qərar verib. Ukrayna ilə sərhəddə təxribat və qarışıqlıq yaratmaq üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən Rusiya qoşunlarının bölmələrinin bu prosesə cəlb edilməsi istiqamətində işlər gücləndirilib.

Açıqlamada o da bildirilib ki, Rusiya qoşunları Luqansk vilayətində ağır itkilər verməkdə davam edir. Son bir həftə ərzində rus ordusunun təkcə 2-ci Ordu Korpusu adlandırılan bölməsi 800-dən çox itki verib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …