GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada Əsəd qüvvələri ilə birlikdə bölgəni yerlə-yeksan edən Rusiyadan Türkiyəyə maraqlı bir çağırış edilib.
Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev İdlib məsələsində Türkiyəyə yardım edə biləcəklərini bildirib.
“Türkiyə Soçi memorandumu ilə öz üzərinə bir sıra öhdəliklər götürüb. Bunu özbaşına edə bilmirlərsə, onlara kömək edə bilərik”, – Lavrentyev qeyd edib.