Rusiya Mariupolda kimyəvi silah istifadə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

Bu barədə Ukraynanın “Azov” alayı teleqramda xəbər verib.

Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.

Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı və digər əlamətlər var.

“Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılmaqla mənşəyi naməlum zəhərli maddədən istifadə edib”, – “Azov”un xəbərində deyilir.

Həmçinin yoxlayın

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Molla rejimi qoşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Qoşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …