Cümə , Sentyabr 25 2026
azfa

Əfqanıstanda İrana və fars şövinizminə qarşı etiraz aksiya keçirilib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əfqanıstanda İrana və fars şövinizminə qarşı etiraz aksiya keçirilib.

Aksiyalar Kabul, Xost, Herat da daxil olmaqla, bir neçə şəhərdə keçirilib.

İranda əfqanlara pis münasibətə etiraz edən etirazçılar Herat şəhərindəki İran konsulluğunun qapısını yandırıblar.

Yerli təhlükəsizlik xidmətləri bir neçə nümayişçini saxlayıb.

Kabulda İran səfirliyi qarşısına toplaşan aksiyaçılar İrandan əfqanlara qarşı zorakılığa son qoyulmasını tələb ediblər. Onlar əfqanlar üzərində zorakılığı əks etdirən videodan narazılıqlarını bildiriblər.

İran səfirliyi isə yayılan videoda məqsədin İran və Əfqanıstan arasında münasibətlərin korlanmasına cəhd adlandırıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …