Cümə axşamı , Aprel 25 2024
azfa

Rusiya Qazaxıstanda Bak;n;n 20 Yanvar faciısini törətməkdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın işğalçı qüvvələrinin Qazaxıstana daxil olub əhaliyə divan tutması ilə yeni 20 Yanvar faciəsinə oxşar soyqırım törədilməkdədir.

Yanacağın bahalaşması ilə başlayan və hökumətin qiymətləri endirmə qərarına baxmayaraq davam edən etirazların şiddətli hadisələrə çevrildiyi Qazaxıstandan yeni xəbərlər gəlməyə davam edir.

Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işğalçı qüvvələri dünəndən etibarən Qazaxıstana yerləşdirilib.

ABŞ Dövlət Departamenti Rusiya qoşunlarının yerləşdirilməsini yaxından izlədiklərini açıqlayıb.

“ABŞ və bütün dünya insan haqları pozuntularının olub-olmadığını izləyəcək. Biz də Qazaxıstanın dövlət qurumlarının ələ keçirilməsinə səbəb ola biləcək həmlələri izləyəcəyik”, – bəyanatda bildirilib.

Qazaxıstan prezidenti Kasım Comert Tokayevin ofisindən verilən açıqlamada isə ölkədə konstitusiya quruluşunun böyük ölçüdə bərpa olunduğu iddia olunub. Tokayevin bu gün ictimaiyyətə müraciət edəcəyi bildirilib.

Qazaxıstan Daxili İşlər Nazirliyi etirazlara müdaxilə edən 18 hüquq-mühafizə orqanının həyatını itirdiyini, 748 nəfərin yaralandığını açıqlayıb. Nazirlik indiyədək ən azı 3000 nəfərin saxlanıldığını, 3 polisin isə başı kəsilərək edam edildiyini bildirib. Nazirlik hadisələrdə 26 silahlı fəalın öldürüldüyünü də qeyd edib.

KTMT-nin rəhbərliyi ilə ölkəyə daxil olan hərbçilərinin sayının 2500 nəfər olduğu bildirilib. KTMT hərbçilərinin sülhməramlı qüvvə olduğunu və rəsmi və hərbi qurumları qoruyacağını bəyan edib. Kollektiv qüvvələrin missiyasının Qazaxıstana həyati əhəmiyyətli obyektləri qorumaqda kömək etmək olduğunu bildirən təşkilat yeni bəyanatında qeyd edib ki. Qazaxıstanda baş verən hadisələr dövlətin təhlükəsizliyi və suverenliyinə real təhlükədir.

Çin və Qazaxıstanın dost, qonşu ölkələr və strateji tərəfdaşlar olduğunu bildirən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin isə baş verənləri “bu ölkənin daxili işi” adlandırıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …