Rusiya sülhməramlıları nəhayət Qarabağı Azərbaycan kimi tanıdıqlarını əks etdirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr uzun müddət sonra müsbət sayıla biləcək cidi dəyişiklik ediblər.

Rusiya sülhməramlı kontingentinin xəritəsində 10 ay sonra ilk dəfə böyük və ciddi dəyişiklik edilib.

Belə ki, qondarma “dqr” və ya keçmiş “DQMV” sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silərək, tamamilə Azərbaycan ərazisi kimi göstəriblər.

Rusiya sülhməramlı qüvvələrinin xəritəsində belə bir dəyişikliyin edilməsi Ermənistana və separatçılara ciddi mesaj kimi də qiymətləndirilə bilər.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …