Çərşənbə axşamı , May 17 2022
azfa

Rusiya Ukraynada qeyri-rusları, xüsusilə türkləri qırğına verir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Buryat (monqul) gənc Rusiyanın Ukraynada qeyri-rusları qırğına verdiyini ifşa edib.

Denasifikasiya Ukraynaya yox, Rusiyaya lazımdır. Niyə? Çünki bütün qeyri-ruslar ölkədə daim diskriminasiya ilə üzləşirlər.

Bu sözləri Tiktok sosial platformasında yayımladığı videoda buryat əsilli rus vətəndaşı deyib. O, Rusiyanın bütün bölgələrində rus olmayanlara qarşı aparılan diskriminasiya siyasətindən, eyni zamanda Ukraynaya daha çox qeyri-rusların göndərilməsindən bəhs edib:

“Məsələn, mən Buryatiyadanam, ancaq həmişə özümü bu ölkənin bir parçası hesab etmişəm. Lakin sən Rusiyanın istənilən regionuna getdiyin zaman o dəqiqə bu ölkənin bir parçası olmadığını anlayırsan. Çünki sən rus deyilsən, sənin öz mədəniyyətin, öz dilin var. Rusların əhalinin 70 faizini təşkil etdiyi Buryatiyada öz mədəniyyətini qorumaq çox çətindir və bütün hər yerdə rus dili istifadə edilir. Ancaq buryat dilində yalnız kəndlərdə yaşayan insanlar danışırlar. Ana dilində danışmaq isə ayıb sayılır. Biz mahiyyətcə ölürük, çünki indi ruslar 70 faizdir. 10-20 il keçəcək və ruslar 90 faiz olacaq, Buryatiya sadəcə olaraq Rusiyanın digər regionları kimi çağırılacaq. Ukrayna müharibəsindəki ölümlərə görə Buryatiya Dağıstandan sonra ikinci yerdədir. Yəni bu onu göstərir ki, Putin kasıb qeyri-rus bölgələrindən insanları ölməyə göndərir. Mən bu bölgədən olan insanların Ukrayna ilə müharibəyə can atdıqlarına son dərəcə şübhə ilə yanaşıram. Bu millətlərin Ukrayna ilə nə ərazi, nə də başqa bir konflikti var. Faktiki olaraq Rusiyadakı bütün qeyri-rus millətlər işğal olunmuş koloniyalardır. Məsələn, biz Buryatiyada yalnız Rusiyanın 350 il öncə rusların gəldiyi, öz idarəçiliklərini qurması və “bura indi Rusiyadır” deməsi haqqında versiyanı bilirik. Başqa heç bir informasiya yoxdur. Ona görə biz insanlardan torpaqlarını özlərinin idarə etməsini, öz dillərində danışmalarını və öz gələcəkləri haqqında rus dünyasında qərar verməməyi tələb edirik. Çünki biz rus deyilik”.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …