Cümə , Sentyabr 25 2026
azfa

Rusiya və İran Türkiyəni müharibəyə sövq edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın təyyarələrin türk ordusuna hücumu nəticəsində ən azı 33 türk əsgəri şəhid olub.

Bundan sonra İdlibdə türkiyəli hərbçilərin həlak olmasından sonra Türkiyə qırıcıları Suriya ordusuna qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

Qırıcıların Suriya istiqamətində uçduğuna dair videogörüntülər də yayılıb. İddialara görə, qırıcılar Suriya ordusunun Latakiyə, Həma, İdlib vilayətindəki bütün hədəflərinə zərbələr endirir. Bəzi mənbələr Rusiyanın Suriyadakı Hmeymin hərbi bazasının da silahlı qruplar tərəfindən şiddətli raket atəşinə tutulduğu barədə məlumatlar yayıb.

Türkiyəli ekspert Həsən Oqtay İdlibdə türk əsgərlərinə edilən hücumu şərh edərkən deyib ki, “Rusiya yaydığı rəsmi bəyanatda bu hücumu rus qüvvələrinin etmədiyini və hücumda Rusiyaya məxsus təyyarədən istifadə olunmadığını açıqladı. Türk əsgərlərinə hücum İran əsgərləri tərəfindən edilib və bu, Tehranın son həmləsi olacaq”.

Ekspert baş verənlərdən sonra Türkiyənin qarşıdurmanı diplomatiya yoluyla aradan qaldırılacağını da qeyd edib.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın