Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Rusiya yardım adı ilə İrəvana hərbi yük daşınır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb.

Bu barədə Ermənistan mətbuatı və Feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb.

Bildirilib ki, “humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır.

Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürüclərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.

Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.

Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dölvət qurumları ilə iş aparılır.

Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …