Cümə axşamı , Oktyabr 22 2026
azfa

Rusiyanın İran vasitəsilə Ermənistana silah daşıması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ermənistana məxfi silah tədarükünü davam etdirir.

Bu barədə məlumatı “Day.az” yayıb. Məlumata görə, bu gecə Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus İl-76 TD yük təyyarəsi Ermənistana hərbi texnika daşıyıb.

Bundan öncə isə (22 və 23 avqustda) başqa bir hərbi-nəqliyyat təyyarəsi olan An-30 Mozdok aerodromundan havaya qalxaraq, İrəvanda eniş edib və daha sonra Suriyanın Latakiya şəhərinə yola düşüb.

An-30 İrəvana gəlmək üçün Qazaxıstan, Türkmənistan və İran hava məkanından istifadə edib. Məlumata görə, uçuş sərt məxfilik şəraitində keçib. İran və Qazaxıstan Rusiya təyyarəsinin uçuşuna izn verdiyi halda Türkmənistan Moskva üçün belə razılıq verməyib. Nəticədə Rusiya təyyarəsi heç bir əlaqə və koordinasiyaya girmədən məxfi uçuş həyata keçirmiş olub.

Rusiyanın İl-76 TD təyyarəsinin, həmçinin Tehran-İrəvan-Əl Küveyt-Tehran uçuşu həyata keçirdiyi də bəlli olub. Bu uçuş da həmçinin məxfi rejimdə gerçəkləşdirilib.

Ümumilikdə Rostov-Mineralnıye Vodı-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Meğri-İrəvan marşrutu üzrə 17 iyuldan 6 avqusta qədər 9 aviareys gerçəkləşdirilmişdi. Bu dövr ərzində İrəvana ümumilikdə 510 ton hərbi yük daşınmışdı.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın