Çərşənbə axşamı , May 17 2022
azfa

Ruslar Ermənistandan qanunsuz gələnləri Qaraba]a apardılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi heyəti 100-dən çox erməninin Xocavənd rayonunda yerləşən Amaras məbədinə ziyarətini təşkil edib.

Amaras monastırı kompleksini ziyarət edən erməni zəvvarlar təkcə Qarabağ sakinləri olmayıb. Rusiyalı sülhməramlılar qanunsuz olaraq Ermənistandan gəlmiş şəxslərin də Xocavənddəki məbədə gedişinə şərait yaradıblar.

Rusiya sülhməramlılarının müasir BTR-82A zirehli transportyorları ilə müşayiət etdiyi ermənilər Xankəndiyə toplaşaraq, Xocavəndə doğru hərəkət ediblər.

“Rusiya sülhməramlıları Amaras monastır kompleksinə gələn zəvvarların təhlükəsizliyini təmin edir. Ona görə də sülhməramlıların iştirakı zəruridir. Həmçinin, şəxsi heyət bir gün əvvəl monastır kompleksində partlayıcı əşyaların olub-olmadığını yoxlayır”, – Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Orlov bildirib.

Erməni zəvvarlar isə rus hərbçilərə minnətdarlıq ediblər.

“Bu gün liturgiya idi. Hər həftə bura liturgiya keçirmək üçün gəlirik və siz bizi qoruyursunuz, təşəkkür edirəm! Allaha şükür ki, siz varsınız. Artıq arxayınlıqdır”, – erməni zəvvar Narine Davidyan ruslara xitabən bildirib.

Qeyd edək ki, Amaras monastır kompleksi qədib alban məbədi olsa da, ermənilər onu öz adlaerına çıxmağa çalışırlar.

Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilib və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilib. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar edib. Amaras monastır kompleksi Qafqaz Albaniyasının – Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …