Sərbəst buraxılmış azərbaycanlı milli fəal yenidən həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan azərbaycanlı yazıçı, mədəni fəal və “Traxtur” klubunun tərəfdarlarından olan Əkbər Cahani mayın 19-da yaxalanıb.

Azərbaycanlı fəal  “Traxtur”-“Persepolis” komandalarının yarımçıq oyunundan sonra tutulub.

Bir gün təcridxanada dindirilən Cahani mayın 20-də azadlığa buraxılıb. Lakin onun yaxınları fəalın mayın 23-də yenidən həbs olunaraq naməlum yerə aparıldığını bildirirlər.

Onlar Əkbər Cahaniyə qarşı ittihamların nədən ibarət olduğu və onun harada saxlandığı barədə dəqiq məlumat verilmədiyini deyirlər

Qeyd edək ki, Cahani bundan öncə də bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qarabağ və Güney Azərbaycanda son durum” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …