Bazar , Fevral 25 2024
azfa

“Şərq” portalının GADTB başqanı Əjdər bəy Tağızadə ilə müsahibəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Şərq” portalı GADTB başqanı Əjdər bəy Tağızadə ilə bir müddət öncə apardığı müsahibəsini dərc edib. Müsahibəni olduğu kimi təqdim edirik:

Əjdər bəy Tağızadə: “İranda qadınların  hərəkatı daha da şiddətlənəcək”

“Küçələrdə xanımlarla bacara bilməyən rejim uşaqlıqdan onlarda qorxu toxumu səpmək istəyir”

İranda oğlan şagirdlərlə qız şagirdlərin dərsliklərinin məzmunu cinsiyyətlərinə görə fərqli olacaq.

Bunu İranın təhsil naziri Rza Murad Səhrayi deyib.

“Qız şagirdlərin dərslikləri həya mədəniyyəti əsasında hazırlanacaq”, – o bildirib.

Ölkədə 120 min məktəbin olduğunu deyən nazir islam respublikasının əsasının bu məktəblərdə möhkəmləndirilməsinin vacibliyindən danışıb.

Bu açıqlama insan haqları müdafiəçilərinin sərt reaksiyasına səbəb olub.

Onlar ölkədə dərsliklərin cinsiyyətə görə fərqləndirilməsini “orta əsrlərə sürətli qayıdış” hərəkəti adlandırıblar.

Rejimin zaman-zaman ideologiyalarını qanuna çevirdiyini deyən “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə “Sherg.az”a bildirib ki, İranın əsas strategiyası qadınların fəallığını və demokratiyanı məhdudlaşdırmaqdan ibarətdir:

“Qadınların və kişilərin ictimai nəqliyyatda ayrılması bunun ən bariz nümunəsidir. Hətta keçən həftə geyimə görə günahsız bir qızın başını vaqona çırparaq öldürdülər. Məsələ burasındadır ki, rejim xüsusilə qadınlara qarşı ağlasığmaz qanunlar qəbul edir. Bu səbəblə də keçən il ərzində qadınlar azadlıq uğrunda mübarizəyə başladı. Bunun qarşısını almaq üçün isə xeyli qətillərə və edamlara əl atıldı. Proses bu gün də davam edir”.

Ə.Tağızadə əlavə edib ki, rejimin bu gün atdığı addımlar gözlənilməz deyil:

“Dərsliklərdə azyaşlı başıbağlı qızlarla oğlanların birlikdə oynadığı fotolar var. Onlar istəyirlər ki, bu şəkilləri ayırsınlar ki, qızlarla oğlanlar bir yerdə görünməsin. Ümumiyyətlə İran rejimi  gün keçdikcə irəli getmək əvəzinə orta əsrlərə qayıdır. Buna isə əxlaq donu geyindirirlər. Digər tərəfdən Rəisinin qayınatası bildirir ki, İraqdan gələnlərin ayaqları Kərbəla tozuna dəydiyi üçün İranda olan qadınlar onlara “siğə” ola bilərlər. Sual verirəm ki, əxlaqdan danışan bir rejimin qadınları ucuza satması nə qədər düzgündür? Onlar xəstə beyindirlər. İranın hazırkı strategiyası sovet dönəmi ilə eynidir. Rejim elə düşünür ki, yeganə təmiz müsəlman onlardır. Ancaq sovetin başı daşa dəydiyi kimi onlarınkı da dəyəcək. Küçələrdə xanımlarla bacara bilməyən rejim uşaqlıqdan onlarda qorxu toxumu səpmək istəyir. Bu isə yalnış addımdır və İrandakı xanımlar hərəkatını daha da şiddətləndirəcək”.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …