Cümə , Fevral 7 2025
azfa

Səməd Heydəri və Rza Səlimi Təbriz zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 2025-cü il yanvarın 23-də döyərək həbs eidikləri Azərbaycan Milli Hərəkatının iki fəalı Səməd Heydəri və Rza Səlimi 2025-cü il fevralın 5-i çərşənbə günü Təbriz zindanına köçürüblər.

Azərbaycanlı fəallar ailələri ilə əlaqə saxlayaraq onlara ağır işgəncələr verildiyini, işgəncələr nəticəsində əl və burunlarının zədələndiyini bildiriblər.

Son günlər həmin azərbaycanlı fəalların ailələri rejimin ETTELAAT və ədliyyə orqanlarına müraciət edərək fəalların durumu və harada saxlandıqlarını öyrənməyə çalışsalar da onlara zidiyyətli və yalan məlumat verilib.

Fəalların valideynləri onların sağlıq durumundan son dərəcə narahatdırlar. Xüsusilə xəstəlikdən əziyyət çəkən Rza Səliminin anası oğlunun durumundan xəbərsiz olduğundan, öz vəziyyəti də pisləşib.

Qeyd edək ki, azərbaycanlı fəallar Səməd Heydəri və Rza Səlimiyə qarşı irəli sürülən ittiham barədə hələlik məlumat verilməyib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy və Sara xanım Qəhrəmanmaraş zəlzələsində həyatını itirənlərin anım mərasimində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

Türk Dövlətlərinin parlamentariləri bir araya gələcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək. Toplantının İstanbulda keçirilməsi …