Çərşənbə axşamı , Oktyabr 22 2024
azfa

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad Məhəmmədianın (Ovçu) uzun müddət həbsdən sonra girov qarşılığında zaminə buraxılıb.

Zaminə buraxılmaq üçün azərbaycanlı fəal 700 milyon tümənlik vəsiqə girov qoyublar.

Qeyd edək ki, Səyyad (Ovço) Məhəmmədian 2024-cü il mayın 15-də səhər saatlarında ETTELAAT qüvvələri tərəfindən Kərəc şəhərində həbs edilmişdir.

Azərbaycan Milli Hərəkatının Qoşaçadan olan tanınmış fəalı Səyyad Məhəmmədian (Ovço) yalnız bir dəfə həyat yoldaşı Rübab Qulizadə ilə qısa telefon danışığı zamanı səhhəti barədə məlumat vermişdi.

Cəmi bir dəqiqə davam edən bu qısa telefon danışığında Səyyad Məhəmmədian hazırda Tehranda və ETTELAAT İdarəsinin təcridxanasında olduğunu qeyd etmişdi.

Həmçinin yoxlayın

Azərbaycan müdafiə naziri Qırğızıstana rəsmi səfər edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız …

“SAHA EXPO” müdafiə və aerokosmik sənaye sərgisi İstanbulda açıldı

GADTB: Avropanın ən böyük  “SAHA EXPO” müdafiə və aerokosmik sənaye sərgisi İstanbulda açılıb. Türkiyə Prezident …