Cümə axşamı , Oktyabr 15 2026
azfa

Şahin Bərzgər: “Zəngəzurun tarixi gerçəkləri”

GADTB: “Azərbaycanın müzəffər ordusunun tarixi qələbəsindən və erməni işğalçılarının ağır məğlubiyyətindən sonra Zəngəzur dəhlizinin açılması zərurəti yaranıb. Hazırda bu istiqamətdə böyük işlər görülür və Azərbaycan türklərinin tarixi torpağı olan Zəngəzurda əsaslı dəyişikliklərin şahidi olacağıq”.

Zəngəzurla bağlı dil və tarixi gerçəkliklərə diqqət çəkən milli fəal deyib:

“Dilçilərə görə, “Zəngi” sözü türk tayfasının adıdır. Bu tayfanın izləri türkdilli dövlətlərdə, eyni zamanda Güney Azərbaycanın bir çox yer adlarında mövcuddur. Zəngiçay, Zəngitəpə, Zəngirik, Zəngimişli, Zəngənə, Zəngilan kimi qeyd etmək olar. Mahmud Qaşqarı, Fəzlullah Rəşidəddin, Abbasqulu Ağa Bakıxanov öz əsərlərində zəngi tayfasının adını çəkirdilər”.

Şahin Bərzgər vurğulayıb ki, 1905-1907 və 1914-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində Zəngəzur bölgəsində yarım milyona yaxın yerli əhali qətlə yetirilib.

O, qeyd edib ki, Zəngəzur torpaqları qədim zamanlardan Azərbaycana məxsus olub. Bu qədim ərazinin adı, danışıq dili və tarixi əcdadlarımzın ən etibarlı və ədəbi ünvanlarıdır və bütün araşdırmalar Zəngəzurun Azərbaycan torpağında ən qədim məskunlaşma yeri və yaşayış məskənlərindən biri olduğunu sübut edir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …