GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim sanksiyalarla əhalini bir tikə çörəyə möhtac qoymasına baxmayaraq utanmadan əhalidən oğurladığı pulla ikinci nüvə stansiyası tikdirmək qərarına gəlib.
İrqçi fars rejimin Atom Enerjisi Qurumunun rəhbəri Əli Əkbər Salehi bu barədə deyib ki, İran ikinci nüvə stanisyasının inşası üçün ilk addımı atır.
O, bildirib ki, nüvə stansiyasının təməli gələn ay qoyulacaq. Stanisya Bəsrə körfəzinin sahilindəki Buşəhr əyalətində inşa ediləcək və 6 ildən sonra istifadəyə veriləcək. 8 il sonra isə 3 nömrəli nüvə stansiyası hazır olacaq.