Bazar ertəsi , Dekabr 11 2023
azfa

Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilən qardan hazırlanan abidənin açılışı olub

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda Birinci Dünya müharibəsində bu ərazidə hərbi əməliyyatlar zamanı şəhid olanların xatirəsinə qardan abidə hazırlanıb.

Tələbələr tərəfindən hazırlanan abidə üçün lazım olan qar 10 böyüktutumlu yük avtomaşını ilə daşınıb.

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan, gənclər və idman naziri Osman Aşkın Bak, yerli inzibati qurumların rəsmiləri ilə yanaşı, ictimaiyyətin nümayəndələri abidənin açılışında iştirak ediblər.

Qeyd edək ki, 1914-cü ilin sonunda Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə ölkənin şərqində Sarıqamış əməliyyatına başlayıb. Bölgədəki Allahu-Əkbər dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi donaraq həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi göstərilir. Bu məğlubiyyətdən sonra ermənilər Güney Azərbaycanın Urmiya, Salmas və Xoy məntəqələrindən 200 min Azərbaycan türkünü soyqırıma məruz qouymuşdur.

Həmçinin yoxlayın

Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü ərəfəsində Təbrizdə Mircəfər Pişəhvəri plakatları yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları dünən Azərbaycan Milli Hökumətinin …

İrqçi dairələr Ərdəbil Tibb Elmləri Universitetinin öyrəncisini universitetdən qovmaqla hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil Tibb Elmləri Universitetinin öyrəncisi universitetin mühafizəsinə çağırılaraq, …

Bir cavab yazın