![](https://gadtb.com/wp-content/uploads/2025/02/ses-1024x576.jpg)
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Güney Azərbaycanın gələcəyi istiqlaliyyətə doğru yoxsa federal? Biz nəyə mübarizə aparırıq?” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında Güney Azərbaycanın öz müstəqilliyi üçün mübarizə aparması, mollaların İranda daim irtica və diktatoraya qulluq etməsi, şah və mollanın bir-birinin dəyişməsi və hakimiyyətə gəlməsində rolunun olması və onları qeyri-fars millətlərə işğal və fəlakət yaşatması, Azərbaycan Türk Millətinin öz parçalanmasını heç zaman unutmaması, Azərbaycan türkünün Güney Azərbaycan Türk Cumhuriyyəti uğrunda mübarizə aparması və s. məsələlərdən bəhs etmişdir.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: