GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın paytaxtı Kanberada Türkiyə Cumhuriyyətinin qurulmasının 101-ci ildönümü tədbiri keçirilib.
Keçirilən tədbirə Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta da qatılıb.
Turkiyənin Avstraliyanın Kanbera şəhərindəki böyük elçisi sayın Ufuk Gəzərin və həyat yoldaşı Şəbnəm xanımın resmi dəvətile Mikayil bəy Türkiyə Cumhuriyyətinin 101-ci ildönümü tədbirinə qatılıb.
Tədbirə çoxlu səfirlər və səfirlik işçiləri, həmçinin Avstraliyanin federal dövlətinin təmsilçiləri, ordu generalları və s. qonaqlar qatılmışlar.
Tədbirdən şəkilləri təqdim edirik: