GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə Türkiyədə oktyabrın 14-16-da keçirilən Türk Diasporası Sempoziomuna qatılıb.
Sempozium Türkiyənin Ərzincan bölgəsində Binəli Yıldırım Universitetində oktyabrın 14-dən 16-a qədər keçirilib. Avstraliyadan rəsmi dəvətlə sempoziuma qatılan sayın Mikayıl bəy Oyta, sempoziumda çııxış edib və həmin səfər çərçivəsində bir sıra rəsmilər və diaspor fəalları və ziyalılarla görüş keçirib.
Sayın Mikayil bəyin sempoziuma qatılması və görüşləri barədə əlavə məlumat yayılacaq.