GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü tədbiri keçirilib.
Türkiyənin Sidneydəki baş konsulu sayın Belgin xanım Ergüneşin dəvətilə keçirilən tədbirə Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta da qatılıb.
Tədbirə həmçinin Avstraliyanın Yeni Güney Uelz (NSW) əyalətinin rəsmiləri də qtılıb.