Cümə axşamı , Yanvar 9 2025
azfa

Sayın Mikayil bəy Oytanın Azərbaycan əsgərinin işgəncə edilməsi və azərbaycanlıların soyqırımı ilə bağlı müraciətinə Avstraliya Xarici İşlər Nazirliyindən cavab-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta yolunu azaraq əsir düşən Azərbaycan əsgərinin Ermənistan tərəfindən vəhşicəsinə işgəncə edilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasına dair Avstraliya Xarici İşlər Nazirliyinə müraciətinə cavab verilib.

Sayın Mikayil bəyin məktubunun cavabında yazılıb: Hörmətli Oyta bəy

Azərbaycan əsgəri ilə rəftarla bağlı 31 mart 2023-cü il tarixli elektron məktubla müraciətinizə görə təşəkkür edirik. Mən Xarici İşlər Nazirinin adından cavab verirəm.

2023-cü ilin aprelində erməni mülki şəxslərin Azərbaycan əsgərinə qarşı açıq-aşkar pis rəftarını əks etdirən videodan xəbərdarıq. Avstraliya hökuməti hərbçilərlə pis rəftarla bağlı bu xəbərdən narahatdır. Belə hadisələr araşdırılmalıdır. Bundan əlavə, Avstraliya Cenevrə Konvensiyalarının hər hansı pozuntusunu ciddi qəbul edir. Biz Konvensiyaları ilk dəfə 1950-ci ildə imzaladığımız və hər üç Əlavə Protokolu ratifikasiya etdiyimiz vaxtdan onların güclü tərəfdarıyıq.

Avstraliya potensial humanitar böhranın qarşısını almaq üçün regionda həmfikir tərəfdaşların davamlı vasitəçilik səyləri vasitəsilə Ermənistan və Azərbaycan arasında gərginliyin sülh yolu ilə həllini təşviq edir.

Həmçinin 1918-ci ilin martında baş verən “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı məlumatı göndərdiyinizə görə də təşəkkür edirik. Bu müddət ərzində Cənubi Qafqazda baş verən iztirablar və insan tələfatı ilə bağlı Azərbaycanda dərin qayğıların olduğunu bilirik. . Biz bu fikirlərə hörmət edirik, icmaları və xalqları bu ağrılı hadisələrlə bağlı bir-biri ilə barışmağa təşviq etməyə davam edirik.

Bu məlumatın faydalı olacağına inanıram”.

Sayın Mikayil bəyin məktubuna cavabın ingiliscə tam mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb

GADTB: Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə Azərbaycan xalqını misilsiz əzablara düçar etmişdir. …

İran Suriyadan çıxacaq kürd terrorçuları İranqda türkmənlərin yerinə yerləşdirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terror təşkilatı Suriyadan çıxaracağı Qəndil heyətini İraqdakı …