Bazar ertəsi , Dekabr 23 2024
azfa

Sayın Mikayil bəy Oytanın Türk Diasporası Sempoziomu çərçivəsində rəsmilərlə görüşü-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə Türkiyədə oktyabrın 14-16-da keçirilən Türk Diasporası Sempoziomuna qatılıb.

Sempozium Türkiyənin Ərzincan bölgəsində Binəli Yıldırım Universitetində oktyabrın 14-dən 16-a qədər keçirilib. Avstraliyadan rəsmi dəvətlə sempoziuma qatılan sayın Mikayıl bəy Oyta, sempoziumda çııxış edib və həmin səfər çərçivəsində bir sıra rəsmilər və diaspor fəalları və ziyalılarla görüş keçirib.

Sayın Mikayil bəyin sempozium çərçivəsində Ərzincanın millət vəkili ilə görüşüb.

Mikayil bəy həmçinin konfrans çərçivəsində Binəli Yıldırım Universitetinin rektoru prof. dr. Akın Leventlə görüşüb və ona yaşadığı ölkə-Avstraliyanın simvolu olan hədiyyələr bağışlamışdı. Görüşdə Avstraliyada türklərin yaşam vəziyyəti və Güney Azərbaycanla bağlı məsələlər müzakirə edilmişdir.

 Sayın Mikayil bəy eyni zamanda Ərzincan valisi sayın Hamza Aydoğdu ilə görüş keçirmişdi. Mikayil bəy həmçinin Ankarada Qazi Universitetinin professoru sayın Selma Yıl ilə də görüşüb.

Mikayil bəy həmçinin konfrans çərçivəsində Azərbaycanda diaspora komitəsindən hörmətli Elşad Əliyevlə də görüşüb.

Sayın Mikayil bəy konfransda çıxış edib, ödül və təqdirnamə almışdır.

Konfransın son gecəsi türklərin birliyinin və bir araya toplanmalarının simvolu böyük tonqal qalandı.

Konfransdan şəkil və videoları təqdim edirik:

https://www.youtube.com/shorts/NRwPQSk9QSI

https://t.me/GADTB1/38113

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …