
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta oktyabr ayının 28-də Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə Kanbera və Sidneydə təşkil olunan tədbirlərə dəvət olunub və tədbirdə iştirak etmişdir.
Türkiyə Cümhuriyyətinin 99-cı Cümhuriyyət bayramı tədbirləri Avstraliyada Türkiyənin böyük elçiliyində Kanberada sayın Korhan Karakoçun təşkilatçılığı ilə yerli vaxtla saat 13.00-da və Sidney şəhərində Türkiyənin baş konsulluğunda saat 18.00-da keçirildi.
Kanberada Türkiyənin böyük elçiliyində çoxlu ölkələrinsəfirləri və Avstraliya Federal Parlamentinin bir neçə senatoru və Azərbaycanın Kanberada səfirliyinin təmsilçisi hörmətli Ramil Qurbanov da iştirak etmişdilər .
Sidney şəhərində Türkiyənin baş konsulu sayın Ali Sevimin təşəbbütüsü ilə keçirilən tədbirdə çoxlu baş konsullar, Yeni Güney Uelz (NSW) Parlamentinin millət vəkiləri də qatılmışlar.
Tədbirdən bir neçə şəkli təqdim edirik:


