
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstralia Azerbaycan Asosiyasının (AAA) Prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Azərbaycanın işğaı olunmuş ərazilərini azadetmə əməliyyatını dəstəkləyib və bununla bağlı Azərbaycan dövləti və millətinə müraciət ünvanlayıb.
Sayın Mikayıl Oytanın müraciətini təqdim edirik:
Salam olsun böyük 55 milyonluq azərbaycanlılara ve onun ali baş komandanı Cənab prezident İlham Əliyevə. Daglıq Qarabağımızı işğalçı Ermənistandan azad etmək üçün biz tam imkanlarımızla və bütün vücudumuzla dövlətimizin, qəhrəman ordumuzun və millətimizin arxasindayıq. Ölkəmizi ən axırıncı terorristdən ve erməni işğalçı qüvvələrindən təmizləyənəcən döyüşü davam etdirməli və torpaqlarımızı müdafiə etməliyik.
İran rejiminə Ermənistana silah yardımı göstərdiyinə görə nota verməli və BMT-yə şikayət göndərilməlidir. Minsk qrupu Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi, sülh və təhlükəsziliyi təmin edə bilmədiyi üçün baykot olunmalıdır. Türkiyə-Azərbaycan Konfederasiyası yaradılmalı və islam ölkəsi Pakistanın prosesdə iştirakına şərait yaradılmalıdır. Ermənistan ordusu ve bütün terorristlər torpaqlarımizdan dəf olmalıdır.
Qarabag bizimdir bizim də qalacaq
Qəhrəman şanlı ordumuzdan zəfər xəbərləri gözləyirik
Sağ olun var olun
Millətimizə eşq olsun
Mikayil Oyta
Avstraliya Azərbaycan Assosiyasının (AAA) Prezidenti,
Güney Azerbaycan Demokratik Türk Birliyi (GADTB) Uluslararası Departamenti sədri
Müraciətin videosuna buradan aşağıdakı linkdən baxa bilərsiniz: