Çərşənbə , Oktyabr 14 2026
azfa

SEPAH ABŞ qüvvələrinə hücum etdiyini iddia edir

GADTB: ABŞ-ın İranın cənubunda yerləşən raket və pilotsuz uçuş aparatı bazalarına, eləcə də bir radar obyektinə hücumundan sonra, terror təşkilatı SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) yaydığı bəyanatda bölgədəki ABŞ qüvvələrinin yerləşdiyi məntəqələri hədəf aldığını iddia edib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin qısa bəyanatında bildirilib ki, ABŞ hücumlarını təkrarlayacağı təqdirdə, “SEPAH-ın cavabı daha genişmiqyaslı olacaq.”

SEPAH-ın bu iddiası hələlik ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və ya digər müstəqil mənbələr tərəfindən nə təsdiqlənib, nə də təkzib edilib.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …