GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, SEPAH terror təşkilatı İran futbolçularını hədələyib, Karlus Keyruşa xəbərdarlıq edib.
İranlı futbolçuların ailələri Qətərdə keçirilən dünya çempionatında ABŞ ilə prinsipial oyun öncəsi Tehran hökuməti tərəfindən təzyiqlərlə üzləşiblər.
Mənbə iddia edir ki, futbolçuların qohumları ilə görüşən güc strukturlarının əməkdaşları xəbərdarlıq ediblər ki, əgər oyunçular özlərini layiqli tərzdə aparmasalar, onlar həbs və işgəncə ilə üzləşəcəklər.
Bundan əlavə, iddia olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları Qətərə yollanaraq futbolçuları izləyirlər, iranlı futbolçulara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.
SEPAH əməkdaşları hətta İran millisinin baş məşqçisi Karlus Keyruşla görüşüb, portuqaliyalı mütəxəssisə oyunçularla bağlı müəyyən iradları çatdırıblar.
Qeyd edək ki, İran-ABŞ oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.