Şənbə , Oktyabr 17 2026
azfa

Sepah terror təşkilatının rəsmisi Urmiya gölünün bərpasına istəyənləri hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin terror təşkilatı olan Sepah-ın sözçüsü Ramazan Şərif mətbuat konfransında Urmiya gölü ilə bağlı keçirilən aksiyalar barədə yalan iddialar səsləndirib.

O, Urmiya gölünün qurumasından hökumətə qarşı çıxmaq vasitəsi və bəhanəsi kimi istifadə edildiyini iddia edib: “800 il ərzində dünyanın müxtəlif bölgələrində çox sayda Urmu gölü kimi göl quruyub. Bu iqlim dəyişikliyi yalnız İrana xas deyil. Sadəcə, bundan istifadə edərək İslam Respublikasının gücünü şübhə altına salmaq istəyirlər”.

Qeyd edək ki, iranlı ekoloqlar, hətta ölkənin bir sıra yüksək vəzifəli şəxsləri də Urmiya gölünün hazırkı vəziyyətini hakimiyyətin su resurslarının idarə edilməsi sahəsindəki yanlış siyasətinin nəticəsi hesab edirlər.

İki gün öncə İranın Ekologiya Təşkilatının keçmiş sədri və Urmiya Gölünün Bərpası üzrə Qərargahın sabiq rəhbəri İsa Kələntəri isə Urmu gölünün qurumasında hakimiyyətin laqeydliyinin əsas rol oynadığını deyib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …