Çərşənbə axşamı , May 17 2022
azfa

Şimali Kıbrıs Türk Cümhuriyyəti Cənubi Kıbrıs Rum İdarəsinin terrorçulara qucaq açmasına reaksiya verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Cənubi Kıbrıs Rum İdarəsinin terror təşkilatı PKK-nın Suriyadakı siyasi qolu olan PYD-yə nümayəndəlik açmaq icazəsinə münasibət bildirib.

Ərtoğruloğlu verdiyi yazılı açıqlamada, Kıbrısda türkləri kütləvi qətlə yetirərək Adanı qana bulayan terror tərəfdarı olan Rumların təxribat cəhdlərinin davam etdiyini vurğulayıb.

Ərtuğruloğlu Rum mətbuat mənbələrinin də, Rum Daxili İşlər Nazirliyinin yanvarın 12-də etdiyi müraciətlə Rum tərəfində terror təşkilatı PYD üçün nümayəndəlik açdığını açıqladığını bildirib.

“Avropa İttifaqına (Aİ) üzv olan Cənubi Kıbrıs Rum İdarəsinin bu təxribatçı təşəbbüsünün bölgəmizdə və Şərqi Aralıq dənizində sülhə xidmət etməyəcəyi aydındır. Biz həmçinin Aİ-nin bir üzvünün terror təşkilatına qarşı qoruyuculuq etməsi qarşısında hansı münasibət sərgiləyəcəyini də görmək istəyirik. Türkiyəyə qarşı nər növ düşməncə fəaliyyət içində olan terror təşkilatına Cənubi Kıbrısda nümayəndəlik açılmasına imkan yaradan və terrorçuları himayəsinə götürən Rum rəhbərliyi atəşlə oynadığını bilməlidir. Dırnaqarası nümayənəliyin rəhbərliyinə təyin edilən PKK terrorçusu Çerkez Qorxmaz Cənubi Kıbrısın terror təşkilatı PKK-ya keçmişdə də necə dəstək verdiyini yenidən ortaya qoymuşdur” deyə Tahsin Ərtoğruloğlu deyib.

Tahsin Ərtoğruloğlu bildirib ki, qanlı qatillərin həmrəy olması onları təəccübləndirmir:

“Onların həmrəy olduqları artıq məlum idi, indi rəsmi birlik yaradaraq bunu deşifrə ediblər. Bilməlidirlər ki, qurduqları nizamda başlarına gələcəkləri anlamalıdırlar”.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …