Bazar ertəsi , Noyabr 16 2026
azfa

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min nəfər işini itirib.

Bu barədə əyalətin valisi Bəhram Sərməst məlumat verib. O, bunun müharibə nəticəsində baş verdiyini və daha çox işçilərin də işlərini itirmək təhlükəsi ilə üzləşdiklərini bildirib

Sərməst, əlaqədar dövlət qurumlarını müharibədən təsirlənən işçilərin hüquqlarına və dolanışıqlarına xüsusi diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, işçi hərəkatı fəallarnın sözlərinə görə, işini itirən şəxslərin sayı valinin göstərdiyi rəqəmdən bir neçə dəfə çoxdur.

Xüsusilə intenretin kəsilməsinə görə, Şərqi Azərbaycanda da başqa bölgələrdə olduğu kimi onlaine fəaliyyət və ticarətlə məşul olan 10 minlərlə nəfər işsiz qalıb.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …