Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Şüarımız: Salam Azərbaycan, salam vətən

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi fars-molla rejimi Güney Azərbaycanda öz zənnincə uşaqları assimilyasiyaya uğradıb özünə tabe etmək məqsədilə “Salam komandan” mərasimləri keçirmək niyyətindədir.

İrqçi fars rejim qiymətləri artırdığı, əhalinin cibinə girdiyi bir vaxtda “Salam komandan” mərasimləri kimi oyunbazlıqlarla süni güc nümayişi göstərməyi qarşıya məqsəd qoyur. Bu məqsədlə hökumət və millət xainləri Təbrizin Ərkində çərşənbə axşamı günü “Səlam komandan” mərasimini keçirmək niyyətindədirlər.

Bu məqsədlə ən çox ayrıseçkiliyə, haqsızlığa və iqtisadi təzyiqlərə məruz qalan Azərbaycan Türk Milləti və təbrizlilər “Salam Azərbaycan, salam vətən” şüarı ilə səhnədə olacağını bildirir.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

GADTB: Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda …

Güney Azərbaycan şəhərlərində benzin qıtlığı və böhranı

GADTB: Yerli sakinlərin məlumatlarına görə, hazırda Güney Azərbaycan üçün aylıq üç benzin limiti müəyyən edilib: …