Bazar , Oktyabr 18 2026
azfa

Türkiyə NATO-da Şimali Qibris Türk Cümhuriyyəti məsələsini qaldırır

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə yaşıl işıq yandırmaq üçün Şimali Qibris Türk Cümhuriyyəti məsələsini gündəmə gətirib.

Türkiyə yalnız özünün tanıdığı Şimali Kipr Türk Cümhuriyyətinin NATO ölkələri tərəfindən qəbul edilməsini istəyir.

Şimali Kipr Prezidenti Ersin Tatara yaxın mənbə Prezident Ərdoğanın NATO danışıqlarında Şimali Kiprin statusunun müzakirə olunmasını istəməsi ilə bağlı iddiaları təsdiqləyib.

Ərdoğanın Tatarla telefonla əlaqə saxladığını bildirən mənbə, “Zəng edildiyini bilirəm və Prezident Tatarın da müsbət cavab aldığını eşitdim”, – deyib.

“Yunanıstan və Kipr Respublikası (Cənubi Kipr) hər hansı irəliləyişin qarşısını almaq üçün Aİ-yə veto hüququndan istifadə edir. Biz niyə etməyək?”, – deyə kimliyi açıqlanmayan mənbə bildirib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …