GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, denən Sulduz şəhərinin idman salonunda Türkiyə bayrağı dalğalanıb.
İki mindən çox tamaşaçının iştirakı ilə Sulduz şəhərinin idman salonunda Türkiyə bayrağı qaldırılıb və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Yayımlanan videodan da görünür ki, türk bayrağı götürmüş gənc oğlan meydana girərək onu dalğalandırsa da, rejimin polis qüvvələri həmin şəxsi dayandırmağa çalışıb və Türkiyə bayrağını onun əlindən alırlar.
Lakin bu an başqa bir gənc bayrağı polis qüvvələrinin əlindən geri alaraq təhlükəsizlik qüvvələrinin bayrağa hörmətsizliyinin qarşısını alır.