Çərşənbə , Aprel 22 2026
azfa

Sulduzda İranın polis qüvvələri milli fəalı Əli Hacməhəmmədini güllələyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlı milli fəal Əli Hacməhəmmədi iş yerində mülki geyimdə olan İranın polis qüvvələri tərəfindən güllələnib.

Rejimin məmurları dünən iş yerinə gələrəl fəalı tutmaq istəyiblər.

Əli Hacməhəmmədi heç bir məhkəmə hökmü olmadan sivil geyimli məmurlarla getməkdən imtina edib. Bu zaman onlar fəala hücum ediblər və məmurlardan biri Hacməhəmmədinin ayağına iki güllə vurub.

Ətrafdakı insanlar Əli Hacməhəmmədini Sulduz xəstəxanasına çatdırıblar. Bir neçə saatdan sonra icra edilmiş cərrahi əməliyyat nəticəsində hər iki güllə onun ayağından çıxarılıb.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …